Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin vı avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvülərinə, Zəfər qazanan qüdrətli Azərbaycan ordusunun hərbiçilərinə, qazilərinə daim diqqət və qayğı göstərir. Vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsini, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən komleks tədbirlər buna bariz nümunədir.Arif Miriyev,Xocalı rayonundan məcburi köçkün